FAKÜLTƏ HAQQINDA

1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) əsasını Xalq Təsərrüfatı İnstitutundan (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) götürən “Kənd təsərrüfatının iqtisadiyyatı” fakültəsi yaradılır. Yarandığı dövrdən etibarən fakültə kənd təsərrüfatında istehsalın təşkili və planlaşdırılması, xalq təsərrüfatının planlaşdırılması, idarəetmə, iqtisadiyyat, müəssisə və firmaların xarici iqtisadi fəaliyyətinin idarə edilməsi sahəsində minlərlə mütəxəssis hazırlamışdır. Fakültənin məzunları maddi-istehsal sferasının müxtəlif sahələrində, dövlət strukturlarında, müəssisələrdə, tədqiqat institutlarında və ali təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışırlar.

Aqrobiznes və idarəetmə fakültəsi 2014-cü ildə aqrar sahəni iqtisadiyyat və idarəetmə istiqamlərində innovasiya yönümlü mütəxəssislərlə təmin etmək məqsədilə yaradılmışdır. Yarandığı gündən fakültənin dekanı iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlöysəd Əsgər oğlu Əsgərovdur.

FAKÜLTƏ HAQQINDA

Fakültədə aqrobiznes və menecment istiqamətində aşağıdakı ixtisaslar üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlığı aparılır:
• menecment;
• menecment (alman proqramı);
• marketinq;
• biznesin idarə edilməsi;
• mühasibat uçotu və audit.


2005-ci ildən Universitetdə mütəxəssis hazırlığı aparılan Menecment (alman proqramı) ixtisası Almaniyanın Vaynştefan Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanmış standart və tədris planını özündə əks edtirən bakalavriat proqramıdır. Proqramın əsas məqsədı makro və mikro səviyyələrdə nəzəri və praktik fərdi biliklərin dərinləşdirilməsi, beynəlxalq elm-təhsil sisteminə inteqreqrasiya, iri və orta kənd təsərrüfatı şirkətləri üçün yüksək ixtisaslı menecerlərin hazırlanması, elm və təhsil infrastrukturun inkişafı, Azərbaycanda və xaricdə doktorantura təhsili davam etdirmək istəyən gənclərin hazırlanmasından ibarətdir.

FAKÜLTƏ HAQQINDA

Həmin ixtisasın tələbələri Almaniyada 6 ay müddətində istehsalat təcrübəsi keçirlər.

Hal-hazırda fakültənin əyani və qiyabi təhsil formalarında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə 1000-nə yaxın tələbə təhsil alır ki, onların da əksəriyyəti orta təhsilini yüksək tədris nəticələri ilə bitirən kəndli gənclər, həmçinin xarici vətəndaşlardır.

Tədris prosesinin təşkili və tədqiqat işlərinin aparılması üçün fakültədə aşağıdakı 3 kafedra fəaliyyət göstərir:
• Aqrobiznes və menecment;
• Mühasibat uçotu və audit;
• Marketinq.


Fakültədədə tədris prosesinin təşkili məqsədilə 50-dən çox professor-müəllim heyəti çalışır, onlardan 20-dək fəlsəfə doktoru, dosent, digərləri isə baş müəllim və assistentlərdir. Bir neçə gənc müəllim doktoranturada və dissertanturada təhsilini davam etdirirlər.

Tələbələrə nəzəri və praktiki biliklərin dərinləşməsi məqsədilə yerli və xarici təhsil və tədqiqat müəssisələrindən məşhur alimlər, müəssisə rəhbərləri və mütəxəssislər dəvət olunurlar.

FAKÜLTƏ HAQQINDA

Bu gün fakültənin maddi-texniki bazası yüksək təhsil standartlarına cavab verir. Bütün kafedralar tam kompüterləşdirilib, internetə çıxışları təmin edilib, müasir təlim və monitorinq xarakterli informasiya məhsullarından istifadə olunur. Fakültədə tematik stendlər, elektron kitabxana, zəruri təlim kabinetləri fəaliyyət göstərir.

Tədris prosesinin daha dərin mənimsənilməsi üçün fakültənin tələbələri auditoriyadaxili təlim-məşgələ dərslərindən əlavə, ənənəvi olaraq ölkənin ayrı-ayrı elm və istehsalat müəssisələrində, həmçinin xarici ölkələrdə (Almaniya, Türkiyə, Polşa, Macarıstan və s.) təcrübə keçirlər.

Fakültə də təhsil alan tələbələrKənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini yerində müəyyən etmək, həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi ilə yaradılan «Aqrar İnkişaf Könüllüləri» hərəkatının fəal iştirakçılarıdırlar.

Fakültənin məzunları əmək bazarında tələb olunan rəqabətqabiliyyətli və innovativ düşüncəli mütəxəssis olmaqla, Universitetdə qazandıqları bilik və təcrübənin maddi və mənəvi şəkildə layiqli mükafatını alırlar.