Aqrobiznes və menecment kafedrası

“Aqrobiznes və menecment” kafedrası hələ 1928-ci ildə Azərbaycan Politexnik İnstitutunun aqronomluq şöbəsinin bazasında “Sosialist kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili” adı ilə yaradılmış, kafedraya professor M.Avdeyenko rəhbərlik etmişdir.

1931-ci ildə Kənd Təsərrüfatı İnstitutu Gəncəyə köçürülmüşdür. Həmin vaxtlar bu İnstitutun direktoru olmuş professor İslam Datiyev, 1937-1974-cü illərdə kənd təsərrüfatı elmləri namizədi, dosent, respublikanın əməkdar iqtisadçısı Məmməd Əfəndiyev rəhbərlik etmişlər. Bu dövrdə kafedrada elmi dərəcəli müəllimlərə ciddi ehtiyac olduğuna görə M.Əfəndiyevin elmi rəhbərliyi ilə çoxsaylı gənc müəllimlər elmi-tədqiqat işinə cəlb edilmiş, aspiranturada və dissertanturada təhsil almış, elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşlər.

Aqrobiznes və menecment kafedrası

1939-cu ildə Moskvada iqtisad elmləri namizədi dərəcəsi almiş, sonralar İnstitutun direktoru, professor, sovxozlar naziri, Azərbaycan KP Mərkəzi Komitəsinin kənd təsərrüfatı üzrə katibi olmuş, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş Soltan Mirzəyev kafedraya qayıdaraq burada pedaqoq kimi çalışmışdır.

1941-1945-ci il müharibəsi başlayanda kafedrada müəyyən dəyişikliklər baş vermişdir. Burada çalışan Mövsüm Poladov (o illərdə institutun direktoru), direktor müavini Qafar Rəhimzadə, Zahid Rzayev və bir neçə müəllim könüllü müharibəyə getmişlər. M.Poladov müharibədən sonra professor elmi adı almış, Kənd Təsərrüfatı naziri və bu institutun yenidən direktoru vəzifələrində çalışmışdır.

Aqrobiznes və menecment kafedrasıAqrobiznes və menecment kafedrasıAqrobiznes və menecment kafedrası

Zaman ötdükcə kafedra daha da inkişaf etmiş, tədris olunan fənlərin sayı artmış və burada zəruri pedaqoji kollektiv yaranmışdır. Sonrakı illərdə dərs yükü və tələbə kontingentinin artması ilə əlaqədar bu kafedranın bazasında yeni “Sosialist kənd təsərrüfatının iqtisadiyyatı” və “Kənd təsərrüfatında mühasibat uçotu və statistika” kafedraları yaranır.

Kafedraya 1974-1982-ci illərdə dosentlər Məhərrəm Hacıyev, 1982-1992-ci illərdə İspəndiyar İsgəndərov, 1992-2003-cü illərdə İbrahim Rzayev, 2003-2009-ci illərdə Tofiq Bağırov, 2009-2011-ci illərdə Zakir Əhmədov, 2012-2015-ci illərdə Afəddin Həmidov, 2015-2020-ci illərdə Ehtibar İmamverdiyev rəhbərlik etmişlər.

Hazırda kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dosent Vahid Tofiq oğlu Əmrahov rəhbərlik edir.

Aqrobiznes və menecment kafedrasıAqrobiznes və menecment kafedrasıAqrobiznes və menecment kafedrası

Kafedra əməkdaşları “Aqrar sahədə kooperasiyalaşmanın tarixi mərhələləri, hüquqi aspektləri, onun iqtisadi, təşkilati, idarəetmə, maliyyə və uçot mexanizminin təkmilləşdirilməsi” mövzularında elmi-tədqiqat işini yerinə yetirirlər. Bakalavriat səviyyəsində “Biznesin idarə edilməsi”, “Menecment (alman proqramı), magistratura səviyyəsində “Biznesin təşkili və idarə edilməsi”, “Menecment (alman proqramı), doktorantura səviyyəsində isə 53.12.01- “Sahə iqtisadiyyatı” ixtisasları üzrə kadr hazırlığı aparılır.

2019-cu ildən kafedra “aqrobiznes və menecment” adı ilə fəaliyyət göstərir.

Aqrobiznes və menecment kafedrasının professor-müəllim heyəti 25 nəfərdən, o cümlədən 5 dosent, 8 baş müəllim, 12 assistentdən ibarətdir.


KAFEDRA MÜDİRİ


Əmrahov Vahid Tofiq oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Hüseynov Nüsrət Qəmbər oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Əsgərov Əlöysad Əsgər oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Musayev Telman Elbəyi oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Anar Arif oğlu
Dekan müavini, baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Nərimanov Nicad Adil oğlu
İqtisad üzrə fəlsəfə doktoru, dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Rzayeva Ülviyyə İbrahim qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Brilyant İdris qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



İsmayılova Gülnara Zeylim qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Mehriban Cabir qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Gülnarə Fəxrəddin qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Sara İnayət qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Səbinə İsmayıl qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Müşfiq İsmayıl oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Nadirxanova Dilşat Ədalət qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Mirzəzadə Nərmin Qabil qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Museyibli Emin Bakir oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Muşkiyev Zaur Arif oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əliyev Sabit Şakir oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Sona Camal qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Xanım Etibar qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Mahmudov Elmir Heydər oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Gülnara Şıxı qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)