Marketinq kafedrası

Marketinq kafedrası
Kafedranın əsası 1968-ci ildə qoyulmuş, “ali riyaziyyat, mühasibat uçotu və statistika” kafedrasının bazasında “iqtisadi kibernetika” adı ilə fəaliyyətə başlamış, ilk müdiri baş müəllim, elmlər namizədi Z.Xəlilov olmuşdur.

1977-ci ildə “kənd təsərrüfatı istehsalının idarə edilməsi” və “sovet hüququ” fənləri bu kafedraya verilir və kafedra “kənd təsərrüfat istehsalının idarə edilməsi və iqtisadi-riyazi üsullar” kafedrası adlandırılır.

1978-ci ildə dosent Mobil Abdinov həmin kafedraya müdir təyin edilir. Kafedra 1983-ci ildə “Kənd təsərrüfatı istehsalının idarə edilməsi və Sovet hüququnun əsasları” kafedrası kimi adlandırılır. Kafedra 1988-ci ildə “Kənd təsərrüfatının idarə edilməsi və iqtisadi-riyazi üsullar və hesablama texnikası” kafedrası, 1990-cı ildə “Aqrar sənaye kompleksinin idarə edilməsi”, həmin ilin iyun ayında “İdarəetmə və hüquq” kafedrası adlandırılmışdır.

Sonralar tədris edilən fənlərin çoxluğunu nəzərə alaraq bu kafedranın bazasında iki yeni kafedra - “Kənd təsərrüfatı istehsalının idarə edilməsi və sovet hüququ” və “İqtisadi-riyazi üsullar və kənd təsərrüfatında hesablama texnikası” kafedraları təşkil edilir. Yaradılan kafedralardan birinə (“Kənd təsərrüfatı istehsalının idarə edilməsi və sovet hüququ”) dosent Mobil Abdinov, digərinə (“İqtisadi-riyazi üsullar və kənd təsərrüfatında hesablama texnikası”) isə professor İbrahim Tağıyev rəhbərlik etmişlər.

Marketinq kafedrasıMarketinq kafedrasıMarketinq kafedrası

1991-ci ildən bu kafedrada “Marketinq” fənni tədris olunmağa başlayır.

1990-1991-ci illərdə kafedraya professor İsa Əhmədov, 1991-1993-cü illərdə dosent Mübariz İsgəndərov rəhbərlik etmişlər. 1993-2000-ci illərdə İsa Əhmədov yenidən kafedraya rəhbərlik etmiş, o, həmçinin elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır.

İ.Əhmədov Dövlət Aqrar İslahat Komissiyasının üzvü kimi onlarla qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmiş, aqrar iqtisadiyyat elminin inkişafına töhvələr vermişdir. O, 200-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiya, 3 dərslik, 8 dərs vəsaitinin müəllifi olmuş, elmi rəhbərliyi və məsləhəti ilə 44 nəfər namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir.

Sonralar kafedraya, 2000-2006-cı illərdə dosentlər Mübariz İsgəndərov, 2006-2008-ci illərdə Vaqif Ramazanov, 2008-2009-cu illərdə Məhərrəm Cəlilov, 2009-2011-ci illərdə Laura Hüseynova, 2011-2015-ci illərdə Vahid Əmrahov, 2015-2019-cu illərdə Asif Həsənov rəhbərlik etmişlər.

Marketinq kafedrasıMarketinq kafedrasıMarketinq kafedrası

2020-ci ilin yanvar ayından kafedraya dosent Vəfa Məmmədova rəhbərlik edir.

Kafedranın elmi-pedaqoji heyəti ölkəmizdə və xarici elmi nəşriyyatlarda marketinq elminin aktual problemləri üzrə apardıqları tədqiqatların nəticələrini mütəmadi olaraq dərc etdirir.

Kafedra bu gün müasir marketinq düşüncəsinin mərkəzində dayanmaqla, aqrar sahə üzrə marketinq təhsilinin təşkili statusunu qoruyub saxlayır.

Marketinq kafedrası 16 nəfər professor-müəllim heyətindən ibarətdir.

KAFEDRA MÜDİRİ


Məmmədova Vəfa Qənbər qızı
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Qasımova Aidə Zakir qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Ramazanov Vaqif Məcid oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



İsgəndərov Mübariz Qərib oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qəhrəmanov Əlif Niyazi oğlu
Baş müəllim, ADAU-nun dosenti
HAQQINDA MƏLUMAT (CV)



Mehdiyev Fərid Siyavuş oğlu
Dosent (elmi adı olmayan)
HAQQINDA MƏLUMAT (CV)



İmamverdiyeva Natiqə Tofiq qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Bağırova Aytəkin Məhərrəm qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Arifə Arif qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Xan-Xoyskaya İnqa Vladimirovna qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənov Anar Fizuli oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Camalov Tural Məhəmməd oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Şirinzadə Fatimə Qərib qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



İbrahimova Günay Arzu qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Vəlizadə Həcər Şöhrəddin qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Alməmmədov Fərid Elman oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)