"AgroNote" uçot kitablarından istifadə istifadəyə dair təlimlər baş tutub

27-29 aprel tarixlərində USAID/Azerbaijan Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Aqrar Xidmətlər Agentliyinin Tədris Mərkəzi ilə birlikdə kiçik fermer təsərrüfatlarında "AgroNote" uçot kitablarından istifadə və fermerlərə yeni imkanlar yaratmaq üçün bu vasitədən istifadəyə dair təlimlər keçirib.

"AgroNotes", PSA layihəsinin benefisiarları, habelə müxtəlif bağçılıq bitkilərinin istehsalı ilə məşğul olan kiçik fermerlər üçün uçot kitablarıdır. Bu kitablar fermerlər tərəfindən mühasibat uçotunun aparılmasını təmin etməklə yanaşı, kredit və subsidiyalara əlçatanlılığı asanlaşdırır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və PSA layihəsinin mühasibat uçotu üzrə müəllimləri tərəfindən birgə işlənib hazırlanmış və uyğunlaşdırılmışdır.

Uçot sistemi ilə yanaşı təlimlərin keçirilməsi kiçik fermerlərin maliyyə savadlılığını artırmaq üçün nəzərdə tutulub. Onlar beləliklə öz xərclərini və gəlirlərini daha yaxşı izləyir və təhlil edir, beləliklə gəlirliliyin artırılmasına şərait yaratmış olurlar. "AgroNotes" uçot kitabında həmçinin peşəkar aqronomlar tərəfindən işlənib hazırlanmış xüsusi məhsullar üçün istehsal vəsaitləri və normaları haqqında məlumatlar yer alıb. Bununla da bu kitab bağçılıq üzrə fəaliyyət göstərən fermerlərə düzgün istehsalın yolları haqqında asan istifadə olunan texnoloji icmal kimi vacib əhəmiyyət daşıyır.

"AgroNote" uçot kitablarından istifadə istifadəyə dair təlimlər baş tutub"AgroNote" uçot kitablarından istifadə istifadəyə dair təlimlər baş tutub"AgroNote" uçot kitablarından istifadə istifadəyə dair təlimlər baş tutub"AgroNote" uçot kitablarından istifadə istifadəyə dair təlimlər baş tutub