Aqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat və Aqrobiznes və idarəetmə fakültələrində 8 Noyabr – Zəfər Gününün birinci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, şəhid valideynləri, Vətən müharibəsində iştirak edən hərbçilər, universitet əməkdaşları və tələbələr iştirak ediblər.

Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlıqları ilə bağlı hazırlanan videoçarx nümayiş olunub.

Universitetin Vətən müharibəsində iştirak edən, Maliyyə ixtisası üzrə məzunu Nəbizadə Orxan Ədalət oğluna da bakalavr diplomu təqdim olunub.

Sonda Aqrar Universitetin tələbə və müəllimləri 8 Noyabr – Zəfər Günü münasibətilə çıxışlar ediblər.


Aqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edirAqrar Universitetdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir