ADAU-da voleybol yarışı keçirilib

Novruz bayramı münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetin əməkdaşları arasında voleybol yarışı keçirilib.

Yarışda universitetin 8 fakültəsinin əməkdaşları, texniki işçiləri və s. öz qüvvələrini sınayıblar.

Olimpiya sistemi ilə keçirilən yarışda I yerdə Aqrobiznes və idarəetmə fakültəsi, II yerdə Aqrar iqtisadiyyat, III yerdə isə ADAU İnzibati binanın komandası qərarlaşıb.

Yarışın sonunda qalib komandaya kubok və hədiyyələr, digər komandalara isə fəxri fərmanlar verilib.

ADAU-da voleybol yarışı keçirilibADAU-da voleybol yarışı keçirilibADAU-da voleybol yarışı keçirilibADAU-da voleybol yarışı keçirilibADAU-da voleybol yarışı keçirilibADAU-da voleybol yarışı keçirilib