ADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə parkında “Zəfər Salnaməsi” kitabının təqdimatı keçirilib.

Kitabın müəllifləri Universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov və kafedranın baş müəllimi Zümrüd Qəhrəmanovadır.

Tədbir iştirakçıları əvvəlcə universitetin Tələbə parkında yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

İbrahim Cəfərov “Zəfər Salnaməsi” kitabının şanlı Qələbəmizin ildönümünə həsr olunmuş daha bir töhfə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi və qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can salığı arzu edirik.

Sonra Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov, Aqronomluq fakültəsinin dekan əvəzi Aynur Həsənova və tələbələr çıxış edərək kitab haqqında fikirlərini səsləndiriblər.

Kitabın rəyçiləri AMEA-nın müxbir üzvü, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA-nın Naxçıvan bölməsinin Qafqaz Tarix şöbəsinin müdiri, tarix elmləri doktoru Emin Şıxəliyev və ADAU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının professoru Ramiz Xəlilovdur.

Sonda tədbir iştirakçıları Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyublar. Şəhidlərin ruhlarına dualar oxuyublar.



ADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olubADAU-da “Zəfər Salnaməsi” kitabının təqdimatı olub[medium=left]http://www.adau.edu.az/images/news/2021-11/1636276341_img_2837.jpg[/med