ADAU tələbələri ölkədə və xaricdə təcrübə keçmək şansı əldə edəcəklər

ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsində “Menecment”, “Menecment”(alman proqramı), “Marketinq”, “Biznesin idarə edilməsi”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Bu ixtisaslar üzrə təhsil alan tələbələr ölkədə və xaricdə təcrübə keçmək şansı əldə edirlər.

Qeyd edək ki, fakültənin “Menecment” (alman proqramı) ixtisası Almaniyanın Vaynştefan Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanmış bakalavriat proqramıdır.

Programa əsasən tələbələr Almaniyada 6 ay müddətində istehsalat təcrübəsi keçəcəklər.