Aprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdır

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsində “Aprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdır” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

YAP Gəncə Şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış edərək, Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatçılara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.

Çıxış edən Universitetin İctimai fənlər kafedrasının müdiri Azad Bayramov Azərbaycanın hərbi tarixinin parlaq səhifələrindən olan Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə, doğma Qarabağa yenidən dönüşümüzə aparan yolun başlanğıcı olmasından bəhs edərək, Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyin dünyaya nümayiş etdirməsini vurğulayıb.

İctimai fənlər kafedrasının müəllimləri Samirə Qasımova və Türkan Əhmədova Aprel döyüşlərinin Azərbaycan cəmiyyətinin vətənpərvərlik ruhunu gücləndirməsindən və xalqımızın övladlarının döyüş meydanında düşmənin layiqli cəzasını verməsindən bəhs edərək, ətraflı tarixi məlumatları vurğulayıblar.

Sonda partiya üzvlüyünə qəbul olunan müəllim və tələbələrə vəsiqələri təqdim edilib.


Aprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdırAprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdırAprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdırAprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdırAprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdırAprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdırAprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdır