Biznes-menecer dərnəyinin növbəti seminarı keçirilib

Aqrobiznes və idaretmə fakültəsinin Aqrobiznes və menecment kafedrasının nəzdində fəaliyyət göstərən Biznes-menecer dərnəyinin növbəti seminarı baş tutub.

Tədbirdə kafedra müdiri dosent Vahid Əmrahov və bir qrup gənc müəllim iştirak ediblər.

Ümumilikdə səkkiz tələbənin müxtəlif mövzularda məruzə ilə çıxış etdiyi tədbiri giriş sözü ilə açan Vahid Əmrahov elmi araşdırmaların əhəmiyyətindən danışaraq bu cür dərnəklərdə iştirakın tələbələr üçün vacib olduğunu vurğulayaraq, seminarın işinə uğurlar arzulayıb.

Maraqlı diskussiyalar və sual-cavabla müşayiət olunan məruzələrin hər biri kafedranın professor-müəllim heyəti tərəfindən müxtəlif kriteriyalar nəzərə alınaraq qiymətləndirilmiş və ən çox bal toplayan üç tələbə sertifikatla təltif olunmuşdur.

Biznes-menecer dərnəyinin növbəti seminarı keçirilibBiznes-menecer dərnəyinin növbəti seminarı keçirilibBiznes-menecer dərnəyinin növbəti seminarı keçirilib