Marketinq kafedrasında Tələbə Elmi Cəmiyyətinin dərnəyi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsinin Marketinq kafedrasının Tələbə Elmi Cəmiyyətinin (TEC) oktyabr ayı üçün nəzərdə tutulan dərnəyi keçirilib.

Dərnəkdə tələbələrdən Novis Zeqbale, Dinara Cəfərova, Murad Alışov, Natiq Məmmədov, Səma Mövlayeva, Nuray Şubaylı azərbaycan, ingilis və rus dillərində çıxışlar ediblər.

Sonda Marketinq kafedrasının müdiri Vəfa Məmmədova, Baş müəllim Aytəkin Bağırova, assistentlər Günay İbrahimova, Fatimə Şirinzadə və Tural Camalov tələbələrin çıxışlarını qiymətləndirib.

Sonda TEC iştirakçılarına təşəkkürnamə və kiçik hədiyyələr təqdim olunub.


Marketinq kafedrasında Tələbə Elmi Cəmiyyətinin dərnəyi keçirilibMarketinq kafedrasında Tələbə Elmi Cəmiyyətinin dərnəyi keçirilibMarketinq kafedrasında Tələbə Elmi Cəmiyyətinin dərnəyi keçirilibMarketinq kafedrasında Tələbə Elmi Cəmiyyətinin dərnəyi keçirilib