“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idaretmə fakültəsində İctimai elmlər və multikulturalizm kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən Universitetin elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, gənc nəslə çatdırılması ilə bağlı görülən işlərin xüsusi əhəmiyyətindən danışıb və bu cür konfransların önəmini vurğulayıb.

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, dosent Azad Bayramov müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin cəmiyyət həyatının hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib, Ulu Öndərin çoxşaxəli yorulmaz fəaliyyətinin və zəngin idarəçilik irsinin müxtəlif aspektlərini diqqətə çatdırıb.

Sonra Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu”, İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəfa Musayeva “Dahi şəxsiyyət – Azərbaycançılıq ideologiyasının memarı!”, Dillər kafedrasının baş müəllimi Ramilə Süleymanova “Ulu öndər Heydər Əliyevin dil siyasəti” mövzularında çıxışlar ediblər.

“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub“Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” adlı elmi-praktik konfrans baş tutub