MADDİ-TEXNİKİ BAZA

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əvvəlki illərdə olduğu kimi bu il də cari işlər görülür, maddi texniki baza daha da təkmilləşdirilir.

Təhsil müəssisəsinin Aqrobiznes və idarəetmə fakültəsində isə yeni sərbəst kompüter otağı istifadəyə verilib. Otağa 13 ədəd müasir kompüter qoyulub və internetə çıxışı təmin edilib. Bu otaqdan məhdudiyyət olmadan istənilən vaxt tələbə, müəllim, magistr və doktorantlar istifadə edə bilər. Elektron kitabxanalara qoşulan bu kompüterlər vasitəsilə onlar biliklərini artıracaq, araşdırmalar, tədqiqatlar üçün lazımi ədəbiyyatlardan istifadə imkanlarını genişləndirəcəklər. Kifayət qədr şəraiti olan bu otaqdakı kompüterlər vasitəsilə istənilən elektron kitabxana ilə əlaqə saxlamaq mümkün olacaq.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA