Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat və Aqrobiznes və idarəetmə fakültərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan “Xocalı faciəsi - insanlığa qarşı cinayətdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Xocalı faciəsi qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının insanlıq tarixində kütləvi terror aktlarından biri olduğunu qeyd edərək bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırım erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin davamı idi.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış Zəfər nəticəsində qürurverici tarix yaşadığımızı qeyd edib. O, bu gün ədalətli siyasət və dövlət kontekstində torpaqlarımızın azad olunması nəticəsində Xocalı faciəsi qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun şad olduğunu dilə gətirib.
İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayeva “Xocalıya ədalət kompaniyası Xocalı həqiqətlərinin tanıdılması yolunda”, Aqrar sahənin iqtisadiyyatı kafedrasının assistenti Solmaz Yaqubzadə “Xocalı faciəsinin sosial-iqtisadi aspektləri” mövzularında çıxışlar edərək Xocalı soyqırımının müqayisə olunmaz faciə olduğunu bildiriblər. Dövlətimizin bu cinayətin soyqırımı kimi tanıdılması və ona insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl iş apardığını, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin əsl siyasi-hüquqi qiymətini aldığını deyiblər.
Tələbələrdən Fərid Mahmudov, Səmayə Rəhimova və Bahar Osmanova Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, səhnəciklər nümayiş etdiriblər.
Sonda Xocalı faciəsinə həsr olunan video çarx izlənilib.