Milli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı oldu

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsində İctimai fənlər kafedrasının və YAP Gəncə şəhər təşkilatının 3 saylı ƏPT-nın birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun - Milli Qurtuluş Günü Müstəqilliyimizə gedən yolun başlanğıcıdır ” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.

Sonra YAP Gəncə şəhər təşkilatı 3 saylı ƏPT-nın sədri Azad Bayramov bildirib ki, xalqların və dövlətlərin taleyində tarixi günlərin, yeni reallıqlar yaradan və inkişafa təkan verən ictimai-siyasi proseslərin olduqca böyük əhəmiyyəti var. 1993-cü ilin 9 iyununda xalqının təkidli tələbi ilə Bakıya dönən Heydər Əliyev mahiyyətcə, məzmunca yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, bu qayıdış bütün mənalarda milli qurtuluşumuz, nicatımız idi. Bu mənada Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından böyük tarixi qərardır. Prezident İlham Əliyevin “Azərbaycan tarixinin dönüş nöqtəsi” adlandırdığı Milli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı oldu.

İctimai fənlər kafedrasının müəllimləri Səbinə Əlizadə, Şəfa Musayeva və YAP Gəncə şəhər təşkilatının məsul işçisi Orxan Əhmədov öz məruzələrində qeyd etdilər ki, Ulu Öndərin rəhbərliyi ilə qısa zaman ərzində aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı. Onu müdrik və cəsarətli rəhbərinin ətrafında yumruq kimi birləşməyə sövq etdi. Prezident İlham Əliyev Ulu Öndərimizin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi. Ölkəmiz daha da qüdrətləndi, əsası Ulu Öndər tərəfindən qoyulan siyasi idarəçilik sistemi inkişaf etdirildi. Balanslaşdırılmış siyasət yürüdən dövlətimiz dayanıqlı və davamlı rifaha nail oldu. Azərbaycanı günbəgün qüdrətləndirən Prezident İlham Əliyev apardığı siyasət nəticəsində Vətən müharibəsində qazanılan Zəfər ilə layiqli davamçısı olduğu Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi.

Sonda 120 nəfər müəllim və tələbəyə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim ediib.


Milli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı olduMilli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməl daşı oldu