Tanınmış marketoloq ADAU tələbələrinə şəxsi brendin yaradılması və inkişafı yollarından danışıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tanınmış marketoloq "Mutfakçı" şirkətinin təsisçisi, iqtisad elmləri namizədi İlkin Manafovla görüş keçirilib.

Aqrobiznes və İdarəetmə fakültəsinin Marketinq kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə tanınmış marketoloq ADAU tələbələrinə “Müasir marketinq” mövzusunda çıxış edib. O, şəxsi brendin yaradılması və inkişafı yollarından, zamanın doğru dəyərləndirilməsi, işçini cəmiyyətə düzgün tanıdan və diqqət yetirilməli olan vacib məqamlardan danışıb.

Marketoloq insanların öz markalarını yaratmalarında sosial şəbəkələrin əhəmiyyətini də vurğulayıb. Reklamlarda diqqət edilməli məqamlara toxunan İ.Manafov son zamanların məşhur markaları haqqında tələbələrlə fikir mübadiləsi aparıb.

Görüşün sonunda tələbələr marketinq sahəsində təcrübəyə cəlb edilməklə bağlı təkliflərini səsləndiriblər.


Tanınmış marketoloq ADAU tələbələrinə şəxsi brendin yaradılması və inkişafı yollarından danışıbTanınmış marketoloq ADAU tələbələrinə şəxsi brendin yaradılması və inkişafı yollarından danışıbTanınmış marketoloq ADAU tələbələrinə şəxsi brendin yaradılması və inkişafı yollarından danışıb